Unimetal MMC-də maarifləndirici tədbir keçirildi
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin müdiri Aynurə Əhmədova icbari tibbi sığorta sistemi, onun məqsədi və əhaliyə verəcəyi faydaları, xidmətlər zərfi, göndəriş sistemi, icbari tibbi sığorta haqları və s. barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallara cavablar verilib.