Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar
Unimetal MMC-nin dam örtüyü zavodunda Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verilib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı işçilərlə maarifləndirici söhbətlər aparılıb.
Seminarın sonunda mövzu ilə bağlı işçiləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb. İstəkdən asılı olaraq işçilər üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib.