Bir sıra mələlələr müzakirə olunub.

Biznes Azərbaycan

Yerli İstehsalın İnkişafı ilə bağlı İTV-də Biznes Azərbaycan verilişində maraqlı müzakizə keçirilib.

  • Paylaş

Son məqalələr

Mühəndis

İstehsalat, dəzgah və  avadanlıqlar, qurğular və müəssisədə təmir xidmətinin təşkilini ilə bağlı metodiki, normativ və digər sənədləri  hazırlamaq, Autocad proqramında (2 D və 3 D) sərbəst işləməldir;

Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını bilmək;

İstehsalat sahələrində müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək;

Zavodda yeni dəzgah və ya avadanlığın quraşdırılması,  cari təmir işlərinin aparılması, ehtiyat hissə bazasının yaradılması, təmirə ehtiyac duyulan hissələrin müəyyən edilib vaxtında təmir edilməsi, dəzgaharın təmir və ya yenisi ilə əvəz olunmasına dair rəy verilməsi və təmir işlərinin icrasına cavabdehlik daşımaq, bir başa direktora həftəlik (ehtiyac duyulduqda günlük) hesabatlar tərtib edib vermək;

İstehsal olunan malların standartlara uyğun ölçüyə, həcmə, keyfiyyətə uyğun istehsal olunmasına nəzarət etmək;

Təmirə gedən avadanlıq və materilların Autocad proqramında çertyojlarını hazırlamaq, təmir prosesinin qrafikini tutmaq, təmirdə olan avadanlıq və materilların təmir və istehsaslı ilə bağlı emalatxanada gedən işlərə nəzarət etmək;

Texniki çertyoj və rəsmləri oxumaq, texnoloji avadanlıqların konstruktiv xüsusiyyətlərini bilmək.

2020-07-23

Bu gün Şirkətlərin elastikliyi və innovativliyi strategiyaları mövzusunda seminar keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır. Sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə 22 may 2020-ci il tarixində saat 21:00-da "Şirkətlərin elastikliyi və innovativliyi strategiyaları" mövzusunda STEM Təhsil Mərkəzinin və Amerikan brendi olan "Engineering For Kids" şirkərtinin Azərbaycan üzrə təmsilçisi Rüfət Əzizovun moderatorluğu ilə Azərbaycan Sahibkarlıq Konfederasiyasının Facebook platforması üzərindən canlı yayım keçirilmişdir. Seminar əsnasında aşağıdakı mövzulardan bəhs olundu:

1. Qeyri-adi krizis dövrlərində şirkətlərin idarə olunmasının əsas meyarları. Dəyərlərin, qərarların və strategiyanın şəffaf komunikasiyası.

2. Elastiklik strategiyası, şirkətlərin krizis dövründə daha çevik addımlar atması üçün gələcək layihə və əməliyyat planlarına tövsiyələr.

3. Pandemiya dövründə müştəri davranışlarının dəyişməsinin gündəmdə saxlanılması və nəticələrin bizneslərə uyğunlaşdırılması.

4. Post-pandemiya dövründə yeni biznes imkanlarının strateji hədəflərə, əməliyyat imkanlarına və müştəri gözləntilərinə uyğun dəyənləndirilməsi.

5. İnnovativlik Strategiyasının effektiv idarə olunması. Yeni formalaşan ekosistemə uyğun biznes model, proseslər və məhsulların yenilənməsi İnnovativ Strategiyasının tərkib hissəsi kimi.

2020-05-22