Xəbərlər

Yenilənən məqalələrlə ətraflı tanış ola bilərsiniz.

Miqdar : 3

Teqlər

Bu gün Şirkətlərin elastikliyi və innovativliyi strategiyaları mövzusunda seminar keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır. Sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə 22 may 2020-ci il tarixində saat 21:00-da "Şirkətlərin elastikliyi və innovativliyi strategiyaları" mövzusunda STEM Təhsil Mərkəzinin və Amerikan brendi olan "Engineering For Kids" şirkərtinin Azərbaycan üzrə təmsilçisi Rüfət Əzizovun moderatorluğu ilə Azərbaycan Sahibkarlıq Konfederasiyasının Facebook platforması üzərindən canlı yayım keçirilmişdir. Seminar əsnasında aşağıdakı mövzulardan bəhs olundu:

1. Qeyri-adi krizis dövrlərində şirkətlərin idarə olunmasının əsas meyarları. Dəyərlərin, qərarların və strategiyanın şəffaf komunikasiyası.

2. Elastiklik strategiyası, şirkətlərin krizis dövründə daha çevik addımlar atması üçün gələcək layihə və əməliyyat planlarına tövsiyələr.

3. Pandemiya dövründə müştəri davranışlarının dəyişməsinin gündəmdə saxlanılması və nəticələrin bizneslərə uyğunlaşdırılması.

4. Post-pandemiya dövründə yeni biznes imkanlarının strateji hədəflərə, əməliyyat imkanlarına və müştəri gözləntilərinə uyğun dəyənləndirilməsi.

5. İnnovativlik Strategiyasının effektiv idarə olunması. Yeni formalaşan ekosistemə uyğun biznes model, proseslər və məhsulların yenilənməsi İnnovativ Strategiyasının tərkib hissəsi kimi.

2020-05-22